İtaliya Ticarət Agentliyinin İtalyan şərab istehsalçılarını və onların agentlərini azərbaycanlı şərab alıcıları ilə birləşdirmək üçün nəzərdə tutulmuş tədbiri.

100 İSTEHSALÇI | 15 REGİON

2023-cü ildə Azərbaycanda İtaliya qidaları və şərablarının təşviqi layihəsi

23-27 yanvar tarixində Azərbaycanda İtaliya qidaları və şərablarının ümumi təşviqi layihəsi çərçivəsində “İtaliya şərabları: ləzzəti dadın” adlı maarifləndirmə tədbiri keçirildi.

Bu, 2023-cü il boyunca Bakıda reallaşdırılacaq böyük sayda təşəbbüsləri əhatə edən reklam-təşviqat kampaniyasının ilk tədbiridir.

İlk tədbir maarifləndirmə hədəfi – İtaliya şərablarını öyrən və dad, onun arxasındakı ləzzəti anla, əlçatan geniş çeşidlər və fərqli şərabların qidalar ilə necə uyğunlaşdırılması – ilə bir neçə şərab idxalçısı, Landmark və Ho.Re.Ca (otel, restoran və iaşə xidmətləri) sektorunun bir çox peşəkarları ilə birgə təşkil edilib. 

Tədbirin auditoriyası 150 nəfərdən çox insan (istehlakçılar/şərab sevənlər və Ho.Re.Ca sektorunun peşəkarları) oldu və il boyu bir neçə dəfə təkrarlanacaq. 2019-cu ildən bəri İtaliya şərablarının səfiri kimi tanınan, ixtisaslaşmış baş ofisiant Artyom Lebedevin əməkdaşlığı sayəsində kurslar təxminən 2 saatlıq səhər və ya axşam sessiyalarında ingilis və ya rus dillərində keçirilir.

Layihə ümumi ideyası dünyanın bir çox yerlərində həyat tərzinə çevrilməkdə olan İtaliyanın qida və şərab mədəniyyətini Azərbaycana gətirmək olan üç fəaliyyət istiqamətini əhatə edir.

Maarifləndirmə – Azərbaycana İtaliyanın bir çox qidaları, inqrediyentləri, içkiləri və şərabları barədə dərin biliklər gətirmək. Hədəfə çatdıran vasitələr şərab kursları və ya açıq mətbəx kimi tədbirlərdir (Intefood yarmarkası çərçivəsində təşkil edilməlidir); Digər vasitələrə İtaliyanın bir neçə hissəsində istehsal sahələrindən gələn hissləri və emosiyaları geri gətirmək üçün Azərbaycandan gələn mətbuat nümayəndələri və ümumi rəy yaradanların (bloqçular/inflyuenserlər) iştirakı ilə İtaliyada təşkil edən tanışlıq turudur (bu turlardan biri Pidmontda təşkil edilir, digərləri italiyalı həmkarlar ilə əməkdaşlıq şəraitində hazırlanmaqdadır);

Təşviqat – artıq Azərbaycan bazarında mövcud olan bir çox italyan məhsullarını fərqli şəkildə təqdim etmək, bilik və istehlakı artırmaq üçün restoranlar və böyük distribusiya kanalları ilə əməkdaşlıq etməklə istehlakçılara həsr olunan tədbirlərin təşkili;

Kommersiya – yeni italyan qidaları və içkilərinin Azərbaycanda təqdimatına həsr olunan tədbirlərin (məs., yalnız idxalçılara və Ho.Re.Ca sektorunun peşəkarlarına həsr olunan, 22 iyun tarixində keçirilməsi planlaşdırılan İtaliya seminarı) təşkili. Kommersiya istiqamətinin digər tədbirlərinə bütün ölkə üzrə B2B tədbirlərini və şirkətləri ziyarət etmək üçün seçilmiş idxalçıların İtaliyaya dəvəti daxildir.

İTA-nın Qida və Kənd Təsərrüfatı üzrə reklam-təşviqat şöbəsinə ([email protected] ) bütün qida istehsalı sənayeləri və güllər ([email protected]), şərablar və spirtlər ([email protected]) kimi yarımsektorlar daxildir.

İtaliyanın qida və içkilər sənayesi bütün dünyada məşhur qeyri-adi qidalar və şərablar istehsal etmək iqtidarında olan böyük sayda mikro, kiçik və orta ölçülü müəssisələrin mövcudluğu ilə xarakterizə edilir. Şirkətin ölçüsü, xarici bazarlardan məsafəsi və müvafiq prosedurların idarə edilməsində çətinliklər ixrac üçün əsas maneələrdir. İTA-nın bu sektorda dəstəyi yeni xarici bazarlarda biznes imkanlarını artırmaqla və/ya ən yetkin bazarlarda İtaliyanın mövqeyini möhkəmləndirməklə, bütün dünya üzrə əsas qida və içkilər sərgisində iştirakın xərclərini aşağı salmağa fokuslanıb.

Bir neçə istehsal sektorunun və şirkətlərinin müxtəlif ehtiyaclarına uyğunlaşdırılmış, “Qeyri-adi İtaliya dadı” sloqanı ilə “made in Italiy”-nin nüfuzunun yaxşılaşdırılmasına və əsas beynəlxalq ticarət platformalarına girişin əldə edilməsinə yönəlmiş geniş sayda tədbirlər və fəaliyyətlər mövcuddur.

Əsas fəaliyyətlər əsas yarmarkalar və sərgilər münasibətilə və xaricdə bir çox beynəlxalq yarmakalarda İtaliyanın rəsmi pavilyonunun təşkili vasitəsilə peşəkarları (idxalçılar, distribyutorlar, mətbuat nümayəndələri və bloqçular) dəvət edən və onların İtaliyaya gəlişini təmin edən yarmarkalar və sərgilər mühiti ilə əlaqədardır. Digər vasitə şirkətlər və ticarət mütəxəssisləri (idxalçılar və distribusiya kanalları, o cümlədən tematik seminarlar və korporativ bizneslər (B2B) (məs., iyun ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan) arasında əlaqələri asanlaşdırmaq üçün dünyanın bir çox ölkələrində təşkil edilən müstəqil İtaliya sərgisidir.

İTA-nın fəaliyyətləri həmişə həyata keçirilən bir neçə tədbiri təşviq etmək üçün kommunikasiya kampaniyaları, mətbuat və sosial şəbəkələrin iştirakı ilə dəstəklənir. Həmçinin istehlakçıların İtaliyanın xüsusi məhsulları barədə məlumatlandırılmasına, o cümlədən dequstasiyalara, açıq mətbəxlərə və təlimlərə, habelə uzunmüddətli təşviqat proqramı vasitəsilə Azərbaycanda həyata keçirilən bütün fəaliyyətlərə yönəlmiş bir sıra təşəbbüslər ilə təşviqatın maarifləndirmə tərəfinə böyük diqqət yetirilir.

İTA haqqında
İTA – İtaliya Ticarət Agentliyi xaricdə şirkətlərimizin biznes fəaliyyətinin inkişafını dəstəkləyən və İtaliyaya xarici sərmayənin cəlb olunmasını təşviq edən hökumət agentliyidir. Motivasiyalı və müasir təşkilatçılıq, habelə xarici ofislərimizin geniş yayılmış şəbəkəsi ilə İTA İtaliyanın kiçik və orta ölçülü biznes müəssisələrini informasiya, yardım, konsaltinq, təşviqat və təlim ilə təmin edir. Ən müasir çoxkanallı təşviqat və kommunikasiya vasitələrindən istifadə etməklə, o, “Made in Italy”-nin (İtaliya istehsalı) mükəmməlliyini bütün dünyada təsdiq etmək üçün fəaliyyət göstərir.
Fəaliyyətlərin təqvimi

Yanvar – şərab kursları
Fevral – reklam-təşviqat kampaniyasının hazırlanması
Mart – Piemonta gəliş və tanışlıq turu – qəlyanaltı – şərab kursları
Aprel – F1 GP təntənəli tədbir
May – Interfood Baku sərgisində iştirak – Valle D’Aostaya gəliş və tanışlıq turu
İyun – İtaliya seminarı və İtaliya Milli Günü
İyul – Şərab kursları və dequstasiyalar
Sentyabr – GDO ilə təşviqat
Oktyabr – İtaliyaya gəliş və tanışlıq səfəri
Noyabr – Gözəl qidalardan və açıq mətbəxdən ibarət İtaliya mətbəxi həftəsinin təqdimatı
Dekabr – şərab kursları